Kreml: Putin və Poroşenko razılığa gəlməyiblər

“Rusiya münaqişə ölkəsi deyil”…

“Rusiya münaqişə ölkəsi deyil”.

Rusiya və Ukrayna prezidentləri Ukraynada atəşkəs barədə razılıq əldə etməyiblər, belə ki, RF hakimiyyətinin fikrincə Rusiya münaqişə tərəfi deyil.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ukrayna prezidentinin mətbuat xidməti P.Poroşenko və V.Putin arasındakı telefon söhbətində Donbassda daimi atəşkəs barədə razılıq əldə olunduğunu açıqlayıb.

D.Peskov bildirib ki, Putin və Poroşenko doğrudan da Ukrayna qüvvələri və ölkənin şərqindəki “könüllü dəstələr” arasında atəşkəsin əldə olunması barədə addımları müzakirə ediblər: “Lakin Rusiya bu barədə razılıq əldə edə bilməz, çünki münaqişə tərəfi deyil”.

Bununla yanaşı, Rusiya prezidentinin mətbuat katibi iki ölkənin dövlət başçıları arasında yeni əlaqələrin mümkünlüyü barədə şərh verməyib.

13:59

Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Pyotr Poroşenko arasında telefon danışığı olub.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

O, bildirib ki, prezidentlər Ukraynanın şərqindəki hadisələri müzakirə ediblər. Peskovun sözlərinə görə, Putin və Poroşenko ölkənin şərqində döyüşlərin, qan tökülməsinin dayandırılması ilə bağlı həmfikir olduqlarını bildiriblər.

Prezidentlər Donetsk və Luqansk vilayətlərində daimi atəşkəsin elan olunması barədə razılığa gəliblər.

Qeyd edək ki, Ukrayna ordusu ölkənin şərqində Rusiya yönümlü separatçılara qarşı əməliyyatlar keçirir. Baş vermiş döyüşlərdə bu günə qədər 2 mindən artıq adamın öldüyü bildirilir. Rəsmi Kiyev Rusiya ordusunun Ukraynaya girdiyini, separatçılara dəstək verdiyini bəyan etsə də rəsmi Moskva bunu təkzib edir.

www.oxu.az