“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin HüquqlaınınMüdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi çərçivəsində…
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin HüquqlaınınMüdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası”-nın maliyyə dəstəyi ilə “Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşlar arasında seçici fəallığının artırılması” layihəsi çərçivəsində Ağdam rayonunda məlumatlandırma sessiyası keçirib. Layihənin keçirilməsində məqsəd cəbhəyanı bölgələrdə yaşayan vətəndaşları seçici qanunvericiliyi sahəsində maarifləndirmək, habelə yaradılmış bələdiyyələrin hüquq və vəzifələrini vətəndaşlara aşılamaqdan ibarətdir. Görüş zamanı iştirakçılaravə ilk dəfə seçkilərdə iştirak edəcək şəxslərə qanunvericilikdə nəzərdə tutulmuş seçici hüquq və vəzifələri çatdırılmış, seçki prosesi haqqında məlumatların əldə edilmə qaydası, habelə seçki prosesinin mərhələləri, bələdiyyələrin sosial öhdəlikləri və vəzifələri, bələdiyyələrə müraciyyətlərinünvanlandırılması və həmin müraciyyətlərə baxılması qaydaları barədə geniş informasiya verilib. Qeyd edək ki, layihə çərçivəsində növbəti görüşlər Füzuli və Beyləqan rayonlarında təşkil olunacaq.