Ermənistan aviaşirkəti Rusiya hava məkanından istifadə edə bilməyəcək

Şirkət rəhbərliyi borcların azaldılması üçün heç bir tədbir görməyib…

Şirkət rəhbərliyi borcların azaldılması üçün heç bir tədbir görməyib.

Sentyabrın 21-dən etibarən “Air Armenia” şirkətinə Rusiya hava məkanında aeronaviqasiya xidmətinin göstərilməsi dayandırılacaq.
 
Oxu.Az 
APA-ya istinadən xəbər verir ki, Rusiyanın hava nəqliyyatının təşkili üzrə Dövlət Korporasiyasının saytının verdiyi məlumata görə, buna səbəb Ermənistan aviaşirkətinin borcları ödəməməsidir.
 
Borcların ödənilməsi üçün “Air Armenia” aviaşirkətinə bütün imkanlar yaradılsa da, şirkət rəhbərliyi borcların azaldılması üçün heç bir tədbir görməyib.
 
Qeyd edək ki, “Air Armenia” aviaşirkətinin Rusiyanın Dövlət Korporasiyasına ümumilikdə 1,1 mln. dollar borcu var.

www.oxu.az