Rusiya sovet bayrağını qaytaracaq?

“Seçkilərdən sonra bu məsələ ilə məşğul olacağıq”…

“Seçkilərdən sonra bu məsələ ilə məşğul olacağıq”.

“Rusiya Kommunistləri”nin rəhbərliyi SSRİ bayrağının dövlət bayrağı kimi qaytarılmasına israr edəcək.

Oxu.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Partiyanın MK sədriMaksim Suraykin bildirib.

Onun sözlərinə görə, sentyabr ayının 14-də bir günlük səsvermədən sonra partiya təşəbbüsünə dəstək üçün imza toplamağa başlayacaq.

“Seçkilərdən həmən sonra bu prosesə başlayacayıq, may ayının  9-da qələbənin 70 illik yubileyi üçün təşəbbüsü, 100 min imza ilə, Dövlət Dumasına çıxarmağa ümid edirik”, – Suraykin bildirib.

“Trikolor, ona olan hörmətimə baxmayaraq, hər zaman ticarət donanmasının bayrağı olub, bu ölkəmizə lazım olan çalar deyil. Bundan başqa o vlasovçular tərəfindən ləkələnib”, – partiyanın MK sədri qeyd edib.

Onun fikrincə, ölkənin tarixçəsi olan bayrağı olmalıdır. “Bu, on milyonlarla insanın faşizmlə döyüşdə həlak olarkən dalğalanan bayraqdır, o bizim həmvətənlərimizin qanına bulaşmayıb”.

Son aylarda bayrağın dəyişdirilməsinə dair bir sıra təşəbbüs irəli sürülüb. Məsələn, iyul ayında RLDP-dan Dövlət Dumasının deputatı Mixail Deqtyarov Rusiyanın rəsmi dövlət bayrağının yalnız “imperka” – qara-sarı-ağ ola biləcəyinə dair qanun layihəsi hazırlayıb. Ehtiyat olaraq (əgər layihə qəbul edilməzsə) bayrağın rənglərinin georgi lentinin narıncı və qara rəngləri ilə əvəz edilməsi təklif edilib.

Avqustda RLDP lideri Vladimir Jirinovski Yaltada Dövlət Dumasının deputatlarını prezident Putinlə görüşündə imperiya bayrağının geri qaytarılmasına çağırıb və dövlət himninin “Tanrı çarı qoru” ilə əvəz etməyi təklif edib. (Bu görüşdə  Putinə “ali hakim” olmağı təklif etsə də, Putin “çəkici” də olsa onun bu təşəbbüslərini bölüşmədiyini deyib).

SSRİ dövlət bayrağı, dövlət müstəqilliyinin və kommunist cəmiyyətinin qurulmasında fəhlə-kəndli ittifaqının simvolu olaraq 1924-cü ilin aprel ayının 18-də təsdiq edilib. Rusiya ərazisində o 1991-ci ilin dekabr ayının 25-də ləğv edilib.

www.oxu.az