Aİ, Rusiya və Ukrayna assosiativ razılaşmanın tətbiqini təxirə salıb

“Assosiativ razılaşmanın müvəqqəti tətbiqini 2015-ci ilədək təxirə salacayıq”…

“Assosiativ razılaşmanın müvəqqəti tətbiqini 2015-ci ilədək təxirə salacayıq”.

Avropa İttifaqı və Ukrayna arasında assosiativ razılaşmanın müvəqqəti tətbiqi 2015-ci ildək təxirə salınıb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Karel de Qüxt Aİ-Rusiya-Ukrayna formatında keçirilmiş məsləhətləşmələrdən sonra bildirib.

“Biz Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və Ukraynanın xarici işlər naziri ilə razılığa gəldik. Avropa İttifaqı ilə Ukrayna arasında assosiativ razılaşmanın müvəqqəti tətbiqini 2015-ci ilədək təxirə salacayıq”, deyə de Qüxt bildirib.

www.oxu.az