Elmar Məmmədyarov Rumıniyanın prezidenti ilə görüşüb

İki ölkə arasında enerji, iqtisadiyyat sahəsində əməkdaşlıq müzakirə edilib…

İki ölkə arasında enerji, iqtisadiyyat sahəsində əməkdaşlıq müzakirə edilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyaya rəsmi səfəri çərçivəsində prezident Trayan Basesku ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüş zamanı Elmar Məmmədyarov Azərbaycan prezidenti lham Əliyevin salamlarını Rumıniya prezidentinə çatdırıb.

Görüş əsnasında iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafından məmnunluq ifadə olunaraq, enerji, iqtisadiyyat, sərmayələrin qoyuluşu və mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib.   

www.oxu.az