İngiltərənin baş naziri: Bunlar müsəlman deyil, canavardılar

“Başımızı əyib özümüzə güvənmək kimi seçimimiz yoxdur”…

“Başımızı əyib özümüzə güvənmək kimi seçimimiz yoxdur”.

İngiltərənin baş naziri Devid Kemeron terror təşkilatı İŞİD-ə qarşı mübarizəni davam etdirəcəklərini bildirərkən, qruplaşma haqqında “bunlar müsəlman deyil, canavardılar”, – deyib. 

Oxu.Az ANN.Az-a istinadən xəbər verir ki, Kemeron nazirlərlə təxminən iki saata yaxın təcili iclas keçirib. 

Kemeron İŞİD haqqında bu sözləri deyib:

“Bunlar İraq və Suriyada minlərlə müsəlmanı, xristianı, azlıqları öldürür. Bunu da İslam adına etdiklərini deyirlər. Bu, səfehlikdir. İslam sülh dinidir. Bunlar müsəlman deyillər, bunlar canavardılar…

Bunu hamımızın bilməsi lazımdır. İŞİD fanatiklərdən ibarət terror təşkilatıdır. Sadəcə ingilis vətəndaşı olan əsiri öldürmədilər, başqa Avropa ölkələrinə hücum etməyi planlaşdırıblar və planlamağa davam edirlər”.

İngiltərənin cəbhələşməkdə maraqlı olmadığını deyən baş nazir, əksinə, ölkəsinin sülhə nail olmaq istədiyini söyləyib:

“Başımızı əyib özümüzə güvənmək kimi seçimimiz yoxdur. Bu problem son aylarda göründüyü kimi təkcə bizim üçün deyil, Avropa və dünya üçün getdikcə pisləşir”.

Kemeron İŞİD-i yavaş-yavaş məğlub edəcəklərini və sonda tamamilə yox edəcəklərini deyib. 

www.oxu.az