Jirinovski Bakıya gəlir

Qalmaqallı siyasətçi ölkəmizdəki inkişafı gözləri ilə görmək istəyir…

Qalmaqallı siyasətçi ölkəmizdəki inkişafı gözləri ilə görmək istəyir.

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir JirinovskiAzərbaycana səfərə hazırlaşır.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbə məlumat verib.

Onun sözlərinə görə, Jirinovski paytaxtda və ölkənin regionlarında bir sıra görüşlər keçirməyi, respublikadakı inkişaf prosesləri ilə yaxından tanış olmağı planlaşdırır.

Səfərin sentyabrın sonunda baş tutacağı gözlənilir.

www.oxu.az