Dünyanın ən varlı terror təşkilatı

Gündəlik 3 milyon dollar qazanc…

Gündəlik 3 milyon dollar qazanc.

Suriya və İraqın ərazisinin bir hissəsində nəzarəti ələ keçirmiş İŞİD terror qruplaşması hər gün neft satışından 3 milyon dollar qazanır.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terrorçu qruplaşması İraq və Suriyada 11 neft yatağına nəzarət edir. Burada çıxarılan neft avtosisternlərlə İordaniya, Türkiyə və İraqın qara bazarına çatdırılır. Dünyada “qara qızıl”ın bir barelinin qiyməti 100 dollardan yüksək olduğu halda, İŞİD terror təşkilatı neftin bir barelini 25-60 dollar arası satır.

Amerika kəşfiyyatının məlumatına görə, ABŞ aviasiyası İŞİD-nin nəzarətində olan neft yataqlarını asanlıqla məhv edə bilər. Lakin Vaşinqton sıravi vətəndaşları təhlükəyə atmamaq üçün hələ ki, bunu etmir.

Xatırladaq ki, keçən həftə İŞİD daha bir şəxsi – Fransanın humanitar yardım quruluşunda könüllü fəaliyyət göstərən Böyük Britaniya vətəndaşı Devid Heynsi başını kəsərək edam ediblər. Ondan əvvəl isə Ceyms Fouli və Stiven Sotloff adlı Amerika vətəndaşları olan jurnalistlər eyni üsulla edam ediliblər.

www.oxu.az