Türkiyə prezidenti: Biz Azərbaycanla birlikdə şərq-qərb enerji dəhlizini genişləndirdik

“Türkiyə və Azərbaycan tərəfindən TANAP layihəsi də inkişaf etdirilib”…

“Türkiyə və Azərbaycan tərəfindən TANAP layihəsi də inkişaf etdirilib”.

Biz Azərbaycan başda olmaqla, dost və müttəfiq ölkələrlə birlikdə şərq-qərb enerji dəhlizini böyütdük.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Dünya İqtisadi Forumunda bildirib, Türkiyənin “Akşam” qəzeti yazır.

“Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətləri layihələri bu dəhlizin uğurla həyata keçirdiyi iki təməl komponentdir. Türkiyə və Azərbaycan tərəfindən Transanadolu boru xətti layihəsi də, yəni TANAP adı ilə inkişaf etdirilib”, – deyə Türkiyə prezidenti qeyd edib.

O, həmçinin deyib ki, Türkiyə təbii qaz və yanacaq ehtiyatlarının 3/4 malik bölgə ölkələri ilə Avropada istehlakçı bazarlar arasında olduqca önəmli mövqeyə malikdir:

“Bu üstün mövqe Türkiyəyə enerji təhlükəsizliyi sahəsində imkanlarla təqdim etməklə yanaşı, öhdəliklər qarşısında da qoyur”.

www.oxu.az