Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib…
Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib.
İŞİD terror qruplaşmasının Suriyadan minaatanla açdığı atəş Türkiyənin Şanlıurfa vilayətində yaşayış evlərindən birinə dəyərək dağıntıya və sakinlərin yaralanmasına səbəb olub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə vilayətin Suruc rayonunun Kobani (Suriya) ilə həmsərhəd Alanyurt məhəlləsində baş verib.
Top mərmisinin dəydiyi evdə dağıntı meydana gəlib və 3 nəfər ev sakini aldıqları xəsarətlərlə xəstəxanaya çatdırılıblar.
Hadisədən sonra məhəllə sakinləri evlərini tərk edərək Tavşanlı məhəlləsindəki qohumlarının evlərinə sığınıblar. Ətrafda təhlükəsizlik tədbirlərini çoxaldan jandarm qüvvələri isə sakinlərin məhəlləni təxliyyə etmələri üçün kürdcə anonslar səsləndiriblər.
Bundan başqa, daha 2 top mərmisi Suruc rayonunda boş ərazilərə düşərək partlayıb. Bu zaman dağıntı və xəsarət alan olmayıb.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri (TSK) bütün atəşlərə artilleriya atəşi ilə cavab verib.