Merkel: Rusiyaya qarşı sanksiya vasitəsi ilə təzyiqləri davam etdirmək vacibdir

“Hələlik bu ölkəyə qarşı sanksiyaların zəiflədilməsinə heç bir əsas yoxdur”…

“Hələlik bu ölkəyə qarşı sanksiyaların zəiflədilməsinə heç bir əsas yoxdur”.

Avropa Birliyinin Rusiya ilə energetika sahəsində əməkdaşlıq əlaqələrini davam etdirməsinə tutarlı səbəbləri var. Lakin rəsmi Moskva başlıca maraqları pozarsa, o halda, bu ölkə rəhbərliyi ilə münasibətlər dəyişə bilər.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Almaniya kansleri Angela Merkel bu barədə açıqlama verib.

Merkel qeyd edib ki, Avropa Birliyi Rusiya ilə uzunmüddətli perspektivdə energetika sahəsində əməkdaşlıq əlaqələrini yenidən nəzərdən keçirə bilər. Merkel Finlandiyanın baş naziri Aleksandr Stub ilə görüşündən sonra mətbuat-konfransında çıxışı zamanı bu cür fikirlər səsləndirib.

Almaniya Kansleri Rusiyaya qarşı sanksiya vasitəsi ilə təzyiqləri davam etdirməyi də vacib sayıb. Onun sözlərinə görə, hələlik bu ölkəyə qarşı sanksiyaların zəiflədilməsinə heç bir əsas yoxdur.

www.oxu.az