Onlar Süleyman şahın sərdabəsini islamçılardan mühafizə edirdilər…
Onlar Süleyman şahın sərdabəsini islamçılardan mühafizə edirdilər.
Suriyada, Osmanlı imperiyasının hökmdarlarının əcdadı – Süleyman şahın sərdabəsini islamçıların hücumlarından qoruyan iyirmi türk hərbçisi “İslam dövləti” yaraqlılarına əsir düşüb.
Bu, Hələb əyalətində Aleppo şəhərinin yaxınlığında baş verib, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Sərdabə Suriya ərazisində Türkiyə anklavıdır. 1921-ci il müqaviləsinə əsasən, o türk hərbçilərinin mühafizəsi altındadır. Daha öncə Türkiyə baş nazirinin müavini Bülənt Arınç sərdabəni yaraqlılardan qorumaq planını bəyan etmişdi.
Daha öncə “İslam dövləti” yaraqlıları Türkiyə vətəndaşlarını girov kimi saxlamışdılar. Bu fakta əsaslanaraq ABŞ, Türkiyənin terroristlərlə mübarizədə qüvvəsinin aktivləşdirməsinə nail olmağa çalışır, Türkiyə isə bu məsələ üzrə müstəqil olaraq qərar qəbul edəcəyini bəyan edib. Türkiyə kənarda qalmaq fikrində deyil.