İlin sonunda məbləği 16 milyard dollaradək çatdırmaq planlaşdırılır…
İlin sonunda məbləği 16 milyard dollaradək çatdırmaq planlaşdırılır.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda davamlı artım tempini itirib.
AMB-dən Oxu.Az-a verilən məlumata görə, oktyabrın 1-nə bankın valyuta ehtiyatları 15 milyard 42,4 milyon ABŞ dolları təşkil edib.
Beləliklə, Azərbaycanın valyuta ehtiyatları ardıcıl ikinci aydır ki, azalmanı davam etdirirlər.
Xatırladaq ki, sentyabrın 1-nə valyuta ehtiyatlarının həcmi 15 milyard 190,9 milyon ABŞ dolları, 1 avqust üçün isə 15 milyard 193,4 milyon ABŞ dolları (mütləq rekord) təşkil edib.
Sentyabrda azalma 1% (148,5 mln. dollar) təşkil edib. Bununla belə, 2014-cü il ərzində ehtiyatlar 6,29% (890,4 mln. dollar) artıb.
Qeyd edək ki, 2014-cü ilin yekunlarına görə valyuta ehtiyatları 16 mlrd. ABŞ dolları təşkil etməlidir.