Səfir: Olland Qarabağ danışıqlarına yeni stimul vermək istəyir

“Paris görüşündə bütün həmsədrlər iştirak edəcək”…

“Paris görüşündə bütün həmsədrlər iştirak edəcək”.

Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə çalışır.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə news.am-a istinadən Ermənistanın Fransadakı səfiri Anri Reno bildirib.

“Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməklə iki məqsəd güdür. Birincisi, hərbçilərin və dinc sakinlərin ölməməsi üçün qarşılıqlı etimad doğuracaq üsullar barədə təsəvvürə malik olmaq, ikincisi, münaqişənin üç prinsip – ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq etməmək prinsipləri əsasında həlli məqsədilə danışıqlara yeni stimul vermək”, – deyə səfir bildirib.

A.Reno əlavə edib ki, Paris görüşündə bütün həmsədrlər iştirak edəcək:

“Tərəflər özləri müəyyən etməlidir ki, həll necə olacaq. Vasitəçilər onlara kömək edir, lakin onların yerinə qərar qəbul edə bilməz”.  

Qeyd edək ki, Fransa tərəfinin təşəbbüsü ilə oktyabrın 27-də Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulur.

www.oxu.az