Erməni aviaşirkəti fəaliyyətini dayandırdı

Əməkdaşlar xeyli müddətdir ki, maaşlarının ödənilməsini gözləyirlər…

Əməkdaşlar xeyli müddətdir ki, maaşlarının ödənilməsini gözləyirlər.

Ermənistanda “Armavia” aviaşirkəti ləğv edilib.

Oxu.Az Exo Kavkaza saytına istinadən xəbər verir ki, hazırda ləğv olunan aviaşirkətin işlərini ləğvetmə idarəçisi həyata keçirir. O, şirkətin bütün əmlakının satışı ilə məşğul olacaq və əldə olunan vəsait hesabına borcları ödəyəcək.

Yəni, idarəçi bütün problemləri olan təyyarələri və boş ofisləri satdıqdan sonra artıq uzun müddətdir ki, maaşlarını ala bilməyən əməkdaşlara pul ödəniləcək.

www.oxu.az