Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşuldu

Putin, Lukaşenko, Nazarbayev müqavilə imzaladılar…

Putin, Lukaşenko, Nazarbayev müqavilə imzaladılar.

Rusiya, Belarus və Qazaxıstan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləyə qoşulması haqqında sənəd imzalayıblar.

Bu barədə Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir.

Rusiya, Belarus və Qazaxıstan prezidentləri Avrasiya iqtisadi komissiyasına üç ölkə hökuməti ilə birgə Aİİ-nin əsas ticarət tərəfdaşları ilə iqtisadi əməkdaşlığın inkişafına yanaşmalar üzrə təkliflər hazırlamağı tapşırıblar.

Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə 2015-ci ildə qüvvəyə minir.

www.oxu.az