Neftin qiyməti 4 ilin minimumuna endi

Yaranmış vəziyyətdə qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir…

Yaranmış vəziyyətdə qiymətlərin necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir.

Oktyabrın 10-da Avropada keçirilən hərraclarda Brent markalı neftin qiyməti 1,65 dollar azalaraq, bir barelə görə 88,4 dollara düşüb, BBC News xəbər verir.

Sonuncu dəfə belə aşağı qiymətlər 2010-cu ilin noyabrında müşahidə olunub. Amerikanın WTI markalı nefti 2 dollara yaxın səviyyədə ucuzlaşacaq, bir barelə görə 83,85 dollara satılıb.

Oxu.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, qiymətlərin bu dərəcədə düşməsinə Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristin Laqardın avrozonada yeni durğunluq dövrünün yenidən yaranacağı ehtimalının yüksək olması barədə bəyanatı səbəb olub.

Dünya və Avropa iqtisadiyyatının vəziyyətindən narahat olan investorlar neft fyuçerslərini satmağa başlayıblar.

Eyni zamanda Avropa, ABŞ və Şərqi Asiyada fond indeksləri də kəskin azalıb. ABŞ-da Dow Jones oktyabrın 9-na olan sessiyanın yekununda 2% azalıb ki, bu da son il ərzində ən güclü düşmədir.

Bundan əvvəl, TASS xəbər verir, aparıcı dünya investorları Mark Mobius və Cim Rocers bəyan etmişdilər ki, yaranmış vəziyyətdə neftin qiymətini proqnozlaşdırmaq üçün heç bir imkan yoxdur. Onların sözlərinə görə, neftin qiyməti həm bir barelə görə 60 dollara, həm də yenidən 100 dollara yüksələ bilər.

www.oxu.az