İlham Əliyev Riyad əl-Maliki qəbul edib

Görüşdə fikir mübadiləsi aparılıb…

Görüşdə fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlətimizin başçısı İlham Əliyevə çatdırdı. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini dedi. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə uğurlu səfərini məmnunluqla xatırladı. Ölkələrimiz arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş etdi.

www.oxu.az