Avropa İttifaqı İlham Əliyevin sərəncamını alqışladı

“Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir”…

“Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir”.

Avropa İttifaqı prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 84 nəfərin azadlığa çıxmasını alqışlayıb.

Oxu.Az xəbər verir ki, İttifaqın təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton ilə Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında əfv sərəncamı alqışlanıb və müsbət addım kimi dəyərləndirilib.

“Biz bu sərəncamı müsbət addım kimi qiymətləndiririk. Avropa İttifaqı və Azərbaycanın münasibətləri bizim üçün çox vacibdir. Biz Azərbaycanın sabit, təhlükəsiz və çiçəklənən gələcəyə sahib olmaq istəyini bölüşür və Avropa Şurasının hazırkı sədri kimi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk”.

www.oxu.az