Türkiyə TANAP ilə bağlı iki sənədi təsdiqlədi

Gələcəkdə boru kəməri ilə 31 mlrd. kubmetr qaz nəql oluna bilər…

Gələcəkdə boru kəməri ilə 31 mlrd. kubmetr qaz nəql oluna bilər.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Transanadolu qaz kəmərinin (TANAP) çəkilişi üzrə iki əlavə sənədi imzalayıb.

Oxu.Az Novosti-Qruziya-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete” mətbu orqanının saytında yerləşən məlumatda bildirilir.

Söhbət Türkiyə hökuməti və TANAP-ın 2014-cü il mayın 26-da imzaladığı layihə üzrə memorandumlardan gedir.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın Türkiyə ərazisi vasitəsilə Avropaya ixracını nəzərdə tutur.

Gözlənildiyi kimi, ilkin mərhələdə boru kəməri ildə ildə 16 mlrd. kubmetr qaz tədarük olunacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyə, qalanı isə Avropaya göndəriləcək. Gələcəkdə boru kəmərinin illik buraxma gücü 31 milyard kubmetrədək genişləndiriləcək (Trend).

www.oxu.az