Ermənilərin sərhədsiz həyasızlığı: İşğalçılar qonaq çağırırlar

Bako Saakyan təşəbbüslə çıxış edib…

Bako Saakyan təşəbbüslə çıxış edib.

Rusiyanın RİA-Novosti informasiya agentliyi maraqlı məlumat yayıb.

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “lideri” Bako Saakyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələri ilə Rusiya, ABŞ və Fransa prezidentləri – Vladimir Putin, Barak Obama və Fransua Ollanda Dağlıq Qarabağa səfər etmək üçün dəvətnamə yollayıb.

“Bizim fikrimizcə həmsədr-ölkələrin rəhbərləri bir ölkənin, xalqın taleyi ilə məşğul olduqları halda bu ölkə ilə birbaşa əlaqə olmadan ciddi nailiyyətlər əldə edə bilməzlər. Biz hesab edirik ki, bu gün beynəlxalq icmalar tərəfindən həyata keçirilən işlərin ən böyük çatışmayan yönü məhz budur” , – Saakyan “Qolos Ameriki” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

Maraqlıdır ki, RİA-Novosti heç bir vicdan əzabı çəkmədən Bako Saakyanı “Dağlıq Qarabağın lideri” adlandırır, bununla da hamı tərəfindən qəbul edilmiş Dağlıq Qarabağın müstəqil Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu faktını iqnor etmiş olurlar.  

www.oxu.az