İlham Əliyev başsağlığı verib

“Bu xəbər məni olduqca sarsıtdı”…

“Bu xəbər məni olduqca sarsıtdı”.

Azərbaycan prezidenti İlham Əliyev “Total” şirkətinin prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması ilə əlaqədar fransalı həmkarı Fransua Ollanda başsağlığı verib.

Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, “Total” şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar sizə, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirəm”.

Azərbaycan prezidenti həmçinin Kristof dö Marjerinin ailəsinə başsağlığı verib:

“Total” şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə dərin hüznlə başsağlığı verir və səbir diləyirəm”.

www.oxu.az