Poroşenko Yanukoviç barədə qiyabi məhkəmə keçirilməsinə icazə verdi

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb…

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb.

Ukrayna prezidenti Pyotr Poroşenko sabiq dövlət başçısı Viktor Yanukoviçin barəsində qiyabi məhkəmə keçirilməsinə dair qanun imzalayıb. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna lideri özünün Twitter səhifəsində yazıb.

“Yanukoviç barəsində qiyabi məhkəmənin keçirilməsini mümkün edən qanun imzaladım”, məlumatda deyilir.

Yanukoviçə qarşı vəzifədən sui-istifadə maddəsi ilə cinayət işi qaldırılıb. 

www.oxu.az