““Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar”…
““Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə İŞİD təşkilatının üzvlərinin qeyri-müsəlman olduqlarını bəyan edib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Şeyx bunu Məhərrəm ayının başlaması ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.
O qeyd edib ki, bu təşkilatın üzvlərinin bütün hərəkətləri İslama ziddir:
“Məsələn, “Allahu əkbər!” deyib insanın başını kəsirlər, parçalayırlar. Bu, İslamda harada göstərilib, belə müsəlmançılıq yoxdur və İŞİD-in də bu hərəkətləri müsəlmançılıq deyil. Bu, əslində terror təşkilatıdır”.