Obamanın reytinqi rekord həddə aşağı düşdü

Əhalinin 46%-i isə Obamanı prezidentliyə layiq görmür…

Əhalinin 46%-i isə Obamanı prezidentliyə layiq görmür.

ABŞ prezidentinin reytinqi rekord həddə aşağı düşüb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, The Washington Post qəzeti və NBC telekanalı bununla bağlı əhali arasında sorğu keçirib.

Sorğunun nəticələrinə görə, amerikalıların 44%-i Barak Obamanın prezident olmasını dəstəkləyir.

Lakin əhalinin 46%-i isə Obamanı prezidentliyə layiq görmür və lider kimi qəbul etmirlər.

Sorğu oktyabrın 23-dən 26-na kimi davam edib. 

www.oxu.az