Budapeşt-Bakı aviareysi bərpa olunacaq

Bu barədə ölkələrarası saziş imzalanacaq…

Bu barədə ölkələrarası saziş imzalanacaq.

Gələn ilin martından etibarən Budapeşt-Bakı aviareysinin bərpa edilməsi nəzərdə tutulur.

Oxu.Az “Azərbaycan” qəzetinə istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto noyabrın 3-də Bakıda mətbuat konfransında deyib.

Nazir birbaşa aviareysin açılmasının turizm sahəsində əlaqələrimizin inkişafına təkan verəcəyini söyləyib. O, yaxın vaxtlarda ölkələrimiz arasında mülki aviareys sahəsində sənədin imzalanmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycanın Macarıstan üçün strateji tərəfdaş olduğunu deyən nazir ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanması ilə əlaqədar işlərin görüldüyünü söyləyib.

www.oxu.az