Böyük Britaniya Azərbaycana öz biznesini cəlb edir

“İri ictimai və özəl inkişaf layihələri üzrə planlar mövcuddur”…

“İri ictimai və özəl inkişaf layihələri üzrə planlar mövcuddur”.

Böyük Britaniya öz vətəndaşları üçün Azərbaycanda biznes qurmaq üçün geniş imkanlar açır.

Oxu.Az Kavkaz-online-a istinadən xəbər verir ki, britaniyanın hökumət saytında dərc edilmiş materialda Azərbaycanın ən sürətli inkişaf edən ölkəlrdəndir, bu neft-qaz sektorunun inkişafı və ticarət sisteminin liberallaşması sayəsindədir.   

“Böyük Britaniya Azərbaycanda artıq iri investorlardan biridir və biznesin genişləndirilməsi üçün bütün imkanlara malikdir. Hal-hazırda 500-dən çox britaniya şirkəti Azərbaycanda biznes qurub. Neft-qaz sahəsindən başqa britaniya şirkətləri tikinti menecmenti və dizayn, pərakəndə satış və təhsil kimi sahələrdə uğur qazanıblar”, – materialda deyilir.

Burada britaniya biznesinin üstünlüyü kimi Azərbaycanda infrastruktur layihələrinə və diversifikasiya strategiyasına yüksək dövlət xərcləri göstərilir. Azərbaycan bazarının güclü tərəfləri kimi isə sürətlə dəyişən ölkə faktı, eləcə də, Avropa, Yaxın Şərq və Asiya arasında körpü rolunu oynayan respublikanın strateji yerləşməsi göstərilib.

Müəlliflər qeyd ediblər ki, Azərbaycana ixrac gözəçarpacaq dərəcədə artaraq, 2013-cü ildə təxminən 1 milyard funt sterlinqə satıb. Bu zaman əsasən Böyük Britaniya Azərbaycana xidmət, texnologiyalar, mühəndis və neft avadanlığı ixrac edilir.

“İri ictimai və özəl inkişaf layihələri üzrə planlar mövcuddur. Çoxmilyonluq layihələrə genişləndirilmiş bakı metropoliteninin genişləndirilməsi, regional infrastrukturun inkişafı, əsas magistralların bərbası və rekonstruksiyası, Gürcüstan və Türkiyəyə yeni dəmiryolu və avtomobil yollarının salınması, özəl elektrik stansiyalarının, yeni limanın, aeroport və gəmiqayırma zavodunun tikilməsi daxildir”, – materialda deyilir.

“Bakıda orta və yüksək keyfiyyətli bir neçə ticarət mərkəzi var. Daha iki ticarət mərkəzinin açılması gözlənilir. Aksesuar, hədiyyə və dəriyə qulluq üçün lüks və orta brendlərin çatdırılması imkanı var”, – onlar qeyd ediblər.

Təhsil sahəsinin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu qeyd edən müəlliflər, ali məktəblər, texniki və peşə təhsili və treninqlər, xaricdə təhsil imkanlarını qeyd ediblər.

Müəlliflər həmçinin idman sahəsinin respublikanın həyatının əsas tərkib hissəsi olduğuna da toxunublar. Azərbaycan 2015-ci il Avropa oyunlarının, Formula-1 yarışlarının, 2017-ci il İslam oyunlarının və 2020-ci ilin futbol üzrə Avropa çempionatının bir neçə oyunu keçiriləcək ölkə olduğunu qeyd ediblər.

“İnfrastruktur əsasən yaradılıb, amma bu hadisələr astanasında müvafiq tenderlər elan edilən zaman çatdırmalar üçün imkan yaranacaq”, – materialın müəllifləri vurğulayıblar.

www.oxu.az