OPEK neftin hasilatının azaldılmaması ilə bağlı qərar verib…
OPEK neftin hasilatının azaldılmaması ilə bağlı qərar verib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 4,82 dollar azalaraq 68,87 dollar təşkil edib.
Oxu.Az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,15 dollar ucuzlaşaraq 72,43 dollar olub.
Neftin qiymətindəki kəskin azalma ötən gün keçirilən OPEK-in iclasında neftin hasilatının azaldılmaması ilə verilən qərarla bağlıdır.