Neftin qiyməti 67 dollara düşdü

OPEK-in məlum qərarı “qara qızılı” qiymətdən saldı…

OPEK-in məlum qərarı “qara qızılı” qiymətdən saldı.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,34 dollar ucuzlaşaraq 1 barelə görə 64,65 dollar təşkil edib.

Oxu.Az xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 3,47 dollar  azalaraq 67,8  dollar olub.

Qeyd edək ki, OPEK-in neft hasilatının azaldılmaması barədə son qərarından sonra neftin qiymətində azalma davam edir.

www.oxu.az