“Biz indi OPEK-in qərarından şok effektini müşahidə edirik”…
“Biz indi OPEK-in qərarından şok effektini müşahidə edirik”.
Neftin qiymətlərinin indiki ucuzlaşması 2008-ci ildən maliyyə sisteminin böhranından bu tərəfə olan ən pis hadisədir. O, valyuta bazarlarında 30 il bundan öncə Meksikanın borc böhranı və Sovet İttifaqının süqutuna gətirib çıxaran nəticələrdən daha sərt nəticələrin meydana gələcəyi ilə təhlükəlidir.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg-in redaksiya sütununda bildirilib.
Bloomberg xatırladır ki, neftin qiyməti 2014-cü ildə 37% ucuzlaşıb.
“İri neft istehsalatçılarından olan Rusiya sanksiyalardan dolayı zəifləmiş iqtisadiyyatında daha əvvəlki gəlirə ümid edə bilməz. OPEK-in neftin hasilatının azaltmamaq qərarından Qərbin sanksiyaları altına düşmüş İran, Nigeriya və Venesuela da əziyyət çəkir”, – məqalədə deyilir.
OPEK-in iştirakçıları olan əsas ölkələrə, büdcədə əmələ gələn boşluqların aradan qaldırılması üçün neftin bir barelinə 100 dolları ötən qiymət lazımdır, bunu Chatham House-un aparıcı tədqiqatçısı Pol Stivens iddia edir. Onlar xərclərini azaltsalar problemlər başlayacaq, o qeyd edib.
Qiymətlər neftin hasilatına olan xərcləri ödəyənə qədər qiymətlər ucuzlaşa bilər. Stivensin sözlərinə görə, yüngül neftin hasilatı hətta bir barel üçün qiymət 40 dollara enənə qədər sərfəli olacaq.
Neftin qiymətinin ucuzlaşması zamanı Rusiya təhlükə altında olan ölkələrdən irəlidə olanıdır, Danske Banke-ın analitiki Allan von Mehren belə hesab edir.
“Neftin qiymətinin 1997-1998-ci illərdə enməsi Rusiyada 1998-ci ildə defola səbəb olan başlıca amil idi”, – o, xatırladıb.
Neft və qaz Rusiyanın ixracının 68%-ni və federal büdcənin 50%-ni təşkil edir, nəşr qeyd edib.
Qeyd edək ki, il ərzində Rusiya artıq təxminən 90 milyard valyuta ehtiyatı itirib, bu isə ölkə iqtisadiyyatının 4,5%-ni təşkil edir. İyun ayından rublun dollara nisbətən kursu 31% enib. Brent markalı neftin qiyməti 2008-ci ilin maliyyə böhranından rekord həddə çatıb, o zaman neftin bir barelinin qiyməti təxminən 36 dollar idi. (RBK)