Qiymətlər 2,63% artıb…
Qiymətlər 2,63% artıb.
Yaponiyada parlament seçkilərinin keçirilməsi ərəfəsində neftin dünya qiymətləri bərpa olunur, bunu satışların nəticələri göstərir.
Oxu.Az xəbər verir ki, şimal dənizində çıxarılan Brent markalı neftin qiyməti 2,63% artaraq bir barel üçün 72,05 dollara çatıb.
Yanvar fyuçerslərinin WTI markalı yüngül neftin qiyməti 3,65% artaraq bir barel üçün 68,66 dollardan ibarət olub.
Analitiklərin fikrinə görə, investorlar OPEK-ə üzv ölkələrin neft hasilatının kvotasının 2015-ci il iyun ayında keçiriləcək növbəti iclasa qədər gündə 30 milyon barel saxlanılması qərarına çox sərt reaksiya veriblər.
Amma mütəmadi olaraq bərpa olunan neftin qiymətləri dünya iqtisadiyyatına müsbət təsir edir.
“Əgər neftin qiymətləri bu səviyyədə saxlanılacaqsa böhranın səviyyəsinin azalması ehtimalı mövcuddur. Enerji daşıyıcılarına sərf edilən xərclərin azaldılması və yüksək kapital gəlirləri gələn il ərzində gəlirlərin artmasına vasitə olacaq”, – Bloomberg agentliyi Auerbach Grayson Asiya bölməsinin vitse-prezidenti Nihil Bhatnaqaranın (Nikhil Bhatnagar) sözlərini sitat gətirir.