“Cənub axını” layihəsi dayandırıldı

“Rusiya bu şərtlərdə cari layihənin realizəsini davam etdirə bilməz”…

“Rusiya bu şərtlərdə cari layihənin realizəsini davam etdirə bilməz”.

Rusiya prezidenti Vladimir Putin mövcud şəraitdə “Cənub axını” layihəsinin realizəsinin mümkün olmadığını söyləyib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışıqların nəticəsində bəyan edib. Dövlət başçısı qaz kəmərinin tikilməsinə dair Avropa İttifaqının mövqeyini qeyri-konstruktiv adlandırıb.

“Bolqariyadan indiyə qədər razılıq almamağımızı, biz Rusiyanın bu şəraitdə cari layihənin realizəsinin mümkün olmadığını hesab edirik. Bu boru kəmər sisteminin tikintisində artıq Qara dənizə çıxmalı olduğumuzu nəzərdə tuturam”, – Putin deyib.

Putinin sözlərinə görə, Rusiya Federasiyasından enerji resursları istiqamətləndiriləcək. Rusiya digər bazarlara, o cümlədən Türkiyəyə istiqamətlənmiş yeni boru kəmər sistemləri tikmək niyyətindədir. “Biz hesab edirik ki, bu, Avropanın iqtisadi maraqlarına müvafiq deyil və əməkdaşlığa xələl gətirir. Amma bu bizim avropalı dostlarımızın seçimidir. Burada təəccüblü heç nə yoxdur, onlar sonda alıcıdırlar”, – Putin vurğulayıb.

O, həmçinin əlavə edib ki, Bolqariya “Cənub axını” layihəsinin dayandırılması ucbatından ildə ən azı 400 milyon avro itirəcək.

“Qazprom”-un rəhbəri Aleksey Miller deyib ki, “Cənub axını” qaz kəməri layihəsinə geri dönüş olmayacaq.

“Vəssalam, layihə bağlanıb”, – Miller jurnalistlərin “Cənub axını” layihəsi barədə suallarına cavab verərkən deyib.

Eyni zamanda “Qazprom”un rəhbəri bildirib ki, Moskva və Ankara ötürücülük qabiliyyəti ildə 63 milyard kubmetr olan dəniz qaz boru kəmərinin tikilməsi haqqında razılığa gəlib. Onun sözlərinə görə, 14 milyard kubmetr Türkiyəyə çatdırılacaq, qalan hissə isə Türkiyənin sərhəddinə və Yunanıstana çatdırılacaq, TASS xəbər verir. Yeni qaz kəməri üçün Türkiyədə “Cənub axını” üçün tikilən “Russkaya” kompressor stansiyası işə salınacaq, Miller qeyd edib.  

“Biz türk tərəfi ilə əgər maraq göstərilərsə, daxil olma məsələsini də müzakirə etməyə hazırıq. Bu layihənin realizəsi üçün hüquqi sima Rusiya Federasiyasında yaradılacaq, hal-hazırda bu hüquqi şəxsin təsisçisi kimi “Qazprom” şirkəti çıxış edir”, – “Qazprom”un rəhbəri qeyd edib.

Miller həmçinin Rusiyanın Türkiyə üçün qazın qiymətini ucuzlaşdırmağa hazır olduğunu da söyləyib, perspektivdə yanacaq Ankarada Almaniyada satıldığı qiymətə satılacaq.

2011-ci ildən “Qazprom” “Cənub axını” layihəsinin tikilməsinə 4,66 milyard dollar sərf edib. Cari ildə layihənin realizəsinə 135 milyard rubl ayrılıb.

Noyabrın 26-da Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev ehtimal edib ki, “Cənub axını” layihəsi dayandırıla bilər. Bununla yanaşı nazirin sözlərinə görə, əgər layihə Avropa komissiyası tərəfindən blok edilərsə qazın çatdırılması zəmanətinin pozulması riski tamamən Aİ üzərində olacaq.

“Cənub axını” Qara dəniz hövzəsindən Cənub və Mərkəzi Avropaya çəkiləcək 63 milyard kubmetrlik ötürücülük qüvvəsi olan qaz boru kəməridir. Ehtimal edilirdi ki, qazın çatdırılması 2015-ci ildə başlanılacaq. Qaz boru kəməri Bolqariya, Serbiya, Macarıstan, Avstriya, İtaliya və Sloveniya ərazisindən keçməli idi. Layihədə iştirak etmək üçün, Makedoniya da müraciət etmişdi.  

www.oxu.az