Ukraynanın yeni hökümətinin tərkibi təsdiqlənib

DİN rəhbəri vəzifəsinə yenidən Arsen Avakov təyin edilib…

DİN rəhbəri vəzifəsinə yenidən Arsen Avakov təyin edilib.

Ukrayna Ali Radası Pavel Klimkini ölkənin xarici işlər naziri vəzifəsində təsdiqləyib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Klimkin bu vəzifəni təkrar icra edəcək, onun namizədliyini 351 deputat dəstəkləyib.

Qeyd edək ki Ukrayna Nazirlər Kabinetində 3 xarici vətəndaş da yer alıb. Belə ki, ölkənin Səhiyyə Nazirliyinə Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili rəhbərlik edəcək. Litva vətəndaşı Ayvaras Abramaviçus  Ukraynanın iqtisadi inkişaf naziri təyin olunub. Ölkənin Maliyyə Nazirliyi isə ABŞ vətəndaşı Nataliya Yareskoya həvalə edilib.

Ukraynanın energetika naziri vəzifəsinə Vladimir Demçişin, DİN rəhbəri vəzifəsinə isə yenidən Arsen Avakov təyin edilib.  

www.oxu.az