Obama etiraf etdi: “İcmalararası problemlər ölkəni zəiflədir “

ABŞ prezidenti Barak Obama ölkədə polis qüvvələrinin xidmətinin təkmilləşdirilməsi üçün federal xərclərin bir neçə milyon dollar artırılmasını təklif edib…

ABŞ prezidenti Barak Obama ölkədə polis qüvvələrinin xidmətinin təkmilləşdirilməsi üçün federal xərclərin bir neçə milyon dollar artırılmasını təklif edib.

 

Publika.az-ın məlumatına görə, Barak Obama Ferquson şəhərində baş verənlərə görə, Ağ Evdə vətəndaş cəmiyyəti liderləri və hüquq-mühafizə rəsmiləri ilə görüşündən sonra bu təkliflə çıxış edib.

 

Obama bu addımı Ferquson şəhərində polis zabitinin qaradərili yeniyetməni öldürməsinə cavab olaraq atmaq istədiyini bildirib. ABŞ Prezidenti deyib ki, qaradərili amerikalılar polisin onlara qeyri-bərabər münasibət göstərdiyini hiss edir və bu da icmalar arasında problemlərə səbəb olaraq ölkəni zəiflədir.

 

Ona görə də, Prezident ABŞ-da polis qüvvələrinin işinin təkmilləşdiriləməsi üçün 260 milyon dollar əlavə xərc ayrılmasını təklif edib.

 

Qeyd edək ki, keçən həftə Andlılar Məhkəməsinin qaradərili gənci öldürən polisi azad etdikdən sonra ölkədə nümayişlər başlayıb.

 

/Publika/