Bu zavod gündəlik 10 min barrel neft təmizləyirdi…
Bu zavod gündəlik 10 min barrel neft təmizləyirdi.
İŞİD terror qruplaşmasının İraqın Beyce bölgəsində neftayırma zavodlarının birini sökərək Mosula aparıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, terror qruplaşması bu gün Beyceye hücum edərək neft zavodunu tamamilə söküblər. Zavodun hissələri 200 kilometr uzaqlıda yerləşən Mosula tırlarla daşınıb.
Gündəlik 10 min barrel neft təmizləyən sözügedən zavod Şimal Neft Şirkətinin işlətdiyi 5 zovoddan biri olub.
Qeyd edək ki, İraqın ən böyük neft yataqlarının yanında salınan Beyce neft ayırma zavodu noyabrın 19-da İŞİD-dən geri alınmışdı. Bu gün İŞİD tərəfindən qəfil bir hücumla zavodlardan birinin ələ keçiriləcək sökülməsi terrorçu qruplaşmanın Mosuldakı yataqlardan çıxardığı neftin emal olunması üçün həyata keçirildiyi bildirilir.