Çexiya prezidenti Azərbaycana səfər edəcək

“Bu səfəri səbirsizliklə gözləyirik”…

“Bu səfəri səbirsizliklə gözləyirik”.

Çexiya prezidenti Miloş Zeman 2015-ci ildə Azərbaycana səfər edəcək.

Oxu.Az “The Prague Post”a istinadən xəbər verir ki, bu barədə Çexiya prezidenti dəftərxanasının xarici siyasət idarəsinin rəhbəri Xinek Kmoniçek bildirib.

Kmoniçekin sözlərinə görə, Zemanın 2015-ci il üçün səfərlərinin dəqiq qrafiki hələ hazırlanmayıb.

“Biz hazırda proqramın dəqiqləşdirilməsi üzərində işləyirik”, – deyə, o vurğulayıb.  

Qeyd edək ki, bundan əvvəl Zeman hər ay bir xarici ölkəyə səfər edəcəyini söyləmişdi. 

“Biz həmçinin Çexiyanın ikinci neft ixracatçısı olan Azərbaycana səfəri səbirsizliklə gözləyirik”, – deyə, Kmoniçek bildirib və səfərin tarixinin hələ tam dəqiqləşdirilmədiyini əlavə edib.  

www.oxu.az