Fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər…
Fərdi yaşayış evinin tikilməsi üçün bələdiyyələrdən torpaq sahəsi əldə edən şəxslər həmin torpaq sahəsini beş il müddətinə özgəninkiləşdirə bilməzlər.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycancan Respublikası qanununa təklif olunan dəyişikliklərdə əksini tapıb.
Qanuna əlavə edilən təklif olunan 9.8-ci maddədə qeyd olunur ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin dekabrın 16-da keçiriləcək növbəti plenar iclasının müzakirəsinə tövsiyyə edilib.
/Publika/