Almaniyada Ermənistanın məhkəmə şousu pislənildi

Azərbaycan Tələbə Şəbəkəsi işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş soydaşlarımız Şahbaz Quliyevin, Dilqəm Əsgərovun və Həsən Həsənovun acı taleyi ilə bağlı Berlində aksiya keçirib…

Azərbaycan Tələbə Şəbəkəsi işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş soydaşlarımız Şahbaz Quliyevin, Dilqəm Əsgərovun və Həsən Həsənovun acı taleyi ilə bağlı Berlində aksiya keçirib.

Publika.az AərTac-a istinadən xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd Almaniya ictimaiyyətini bu məsələ ilə bağlı məlumatlandırmaq olub. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, vətəndaşlarımızın doğma yurd-yuvalarından qovulması, Cenevrə Konvensiyalarının müddəaları pozulmaqla soydaşlarımızın öz torpaqlarımızda əsir götürülməsini əks etdirən yazılı məlumat kitabçaları aksiya zamanı şəhər sakinlərinə və turistlərə paylanıb.

 

İnsanların diqqətini ən çox cəlb edən isə gənclərimizin geyindikləri köynəklərdə girovların şəkillərinin və dörd dildə yazılmış “Əsirlərimizi azad et” şüarının əks olunması idi.

 

/publika/