Kasparov: Putin Azərbaycanda aqressiv fəaliyyətə başlaya bilər

“Əfqanıstandan gələn tabutlar sindromu yaddaşlarda qalır…”…

“Əfqanıstandan gələn tabutlar sindromu yaddaşlarda qalır…”.

Rusiya prezidenti Vladimir Putin Ukraynaya açıq şəkildə müdaxilə etməyəcək, amma Azərbaycan və Gürcüstanda aqressiv fəaliyyətə başlaya bilər.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə bu gün Kiyevdə mətbuat konfransında Rusiya müxalifətçisi, şahmat üzrə dünya çempionu Harri Kasparov bildirib. 

“Mənə elə gəlir ki, Putin keçmiş sovet perimetri üzrə hərəkətə başlaya bilər… Bu gün Ukraynaya tammiqyaslı müdaxilə mümkün deyil, çünki çox baha başa gələ bilər…

Əfqanıstandan gələn tabutlar sindromu yaddaşlarda qalır… Mən inqilabçılardan danışmıram, mən Kostroma, Ryazan, Peskova gələn real tabutlardan danışıram… Hətta bu 400-500 real hərbçilər çox ciddi təsir göstəriblər. Bunu dəfələrlə artırmaq məncə mümkün deyil. Ona görə də düşünürəm ki, Putinin digər istiqamətlərdə aqressiv hərəkəti daha çox ehtimal edilə bilər”, – o deyib.

Kasparovun fikrincə, Putinin Azərbaycan və Gürcüstanda aqressiv hərəkata başlamasına bir sürü səbəbi var: birinci növbədə Ermənistana, Rusiya hərbi bazasına quru dəhlizi.

www.oxu.az