Ermənistan Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı müqaviləni ratifikasiya edib

Müqavilə Sarkisyan tərəfindən oktyabrın 10-da Minskdə imzalanıb…

Müqavilə Sarkisyan tərəfindən oktyabrın 10-da Minskdə imzalanıb.

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması ilə bağlı müqaviləni ratifikasiya edib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, 103 deputat  lehinə, 7 deputat əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Beləliklə,  Ermənistan 1 yanvar 2015-ci ildən etibarən Avrasiya İqtisadi Birliyinin tamhüquqlu üzvü sayılacaq. 

Xatırladaq ki, müqavilə Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən oktyabrın 10-da Minskdə imzalanıb.

www.oxu.az