Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb…
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində Albaniyanın xarici işlər naziri Ditmir Buşati ilə görüşüb.
Azərbaycan XİN mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunaraq, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı vacib rol qeyd olunaraq, Trans-Anadolu və Trans-Adriatik lahiyələrinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.