Noyabrda Ceyhandan satılan Azərbaycan neftinin həcmi açıqlandı

SOCAR məlumat yayıb…

SOCAR məlumat yayıb.

2014-cü ilin noyabr ayı ərzində 1 milyon 847 min 434 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

Bu barədə Oxu.Az-a SOCAR-dan bildiriblər.

Məlumata görə, həmin həcmin 1 milyon 12 min 476 tonunu SOCAR-ın nefti təşkil edib.

Bildirilir ki, ümumilikdə cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 26 milyon 442 min 278 ton təşkil edib.

Qeyd edək ki, BTC istismara verilən gündən 2014-cü il dekabr ayının 1-ə qədər Ceyhan limanından 259 milyon 586 min 192 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

www.oxu.az