Rusiyalı bankir: Şərqdən pul gözləmək lazım deyil

“Pul üçün növbəyə duran bizik”…

“Pul üçün növbəyə duran bizik”.

Rusiya təkcə qərbin deyil, həm də şərqin maliyyə bazarlarından vəsait cəlb edilməsi problemi ilə üzləşib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya “Sberbank”ının prezidenti German Qref bildirib.

“Qərbi pul vəsaitinə nail ola bilmədiyimiz tezisi – çox pis haldır. Həmkarlar, siz şərqin pullarına da nail ola bilməyəcəksiz. Gözləmək lazım deyil. Pul üçün hal-hazırda çox böyük rəqabət var”, – Qref qeyd edib.

O, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev ilə bir sıra şərq ölkələrinə səfəri barədə danışıb.   

“Demək istəyirəm ki, növbəyə dayanıb, ölkəmizə sərmayə yatırmaq arzusunda olan yoxdur. Pul üçün növbəyə duran bizik, ilikn olaraq da suveren fondlarda”, – o bəyan edib.

www.oxu.az