Rusiya Balkan ölkələrini özündən hər vasitə ilə asılı etmək niyyətindədir…
Rusiya Balkan ölkələrini özündən hər vasitə ilə asılı etmək niyyətindədir.
Almaniya kansleri Angela Merkel Rusiya barədə sərt açıqlama verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Merkel “Die Welt am Sonntag”a verdiyi müsahibədə Rusiyanın Moldova, Ukrayna, Gürcüstan kimi dövlətlərə Avropa Birliyi ilə saziş bağlamasına problemlər yaratdığını bildirib.
Onun sözlərinə görə, Rusiya Balkan ölkələrini özündən hər vasitə ilə asılı etmək niyyətindədir.
Merkel qeyd edib ki, bu ölkə 1994-cü ildə imzalanmış Budapeşt memorandumunun əksinə gedərək regionda stabillik zəmanətini pozub.