“Parlament üzvlərinin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib”…
“Parlament üzvlərinin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib”.
Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Çeçenistanın başçısı Ramzan Kadırova qarşı cinayət işi qaldırıb.
Oxu.Az-ın musavat.com-a istinadən məlumatına görə, bu barədə qurum başçısının məsləhətçisi Markian Lubkovski özünün facebook səhifəsində yazıb.
“Sizə xəbər verib bildirirəm ki, UTX Rusiya Federasiyası vətəndaşı Ramzan Kadırov tərəfindən ukraynalı deputatların ünvanına terrorçu hədələrin edilməsi faktı ilə bağlı cinayət işi aşılıb. Həmçinin, həmin parlament üzvlərinin təhlükəsizliyi ilə bağlı tədbirlər gücləndirilib” – yazıb qurum rəsmisi.
Xatırladaq ki, az öncə daxili işlər naziri Arsen Avakov Qroznıdakı son hadisələr zamanı silahlıları dəstəkləmiş ukraynalı deputatlar barədə Kadırovun bəyanatının araşdırıldığını bildirmişdi.