İran İŞİD-ə hücumunu təsdiqlədi

“ABŞ-la heç bir əməkdaşlığımız olmadan mübarizəyə qoşulmuşuq”…

“ABŞ-la heç bir əməkdaşlığımız olmadan mübarizəyə qoşulmuşuq”.

İran İraq ərazisində İŞİD düşərgələrinə hava hücumu etdiklərini rəsmən təsdiqləyib. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, İran XİN-in Asiya işləri üzrə məsul şəxs İbrahim Rehimpur İŞİD-ə hücum etdiklərini təstiqləyib. Rehimpur ABŞ-la heç bir əməkdaşlıq etmədən İŞİD-lə mübarizə apardığını, İraqı Suriyanın halına düşməyə icazə verməyəcəklərini bildirib:

“İraqı Suriyanın vəziyyətinə salmaqlarına icazə verməyəcəyik. İraqa İŞİD-lə mübarizədə kömək edəcəyik. İraq Suriyadan daha çox bizə yaxın bir ölkədir. ABŞ-la heç bir əməkdaşlığımız olmadan mübarizəyə qoşulmuşuq”.

Qeyd edək ki, bir müddət əvvəl İran İŞİD-ə hücum etmələri ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.

www.oxu.az