Elmar Məmmədyarov GUAM-da rus dilinin olmasını istəyir

Ümumilikdə sənədləşdirmə və çıxarış sənədləri iki dildə aparılır…

Ümumilikdə sənədləşdirmə və çıxarış sənədləri iki dildə aparılır.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov hesab edir ki, GUAM çərçivəsində görüş və danışıqlar zamanı müxtəlif sahə nümayəndələri arasında ünsiyyət ingilis dilindən çox, rus dilində daha məhsuldar olur.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin GUAM-ın son görüşü zamanı Bazeldə ATƏT-in XİNŞ-nın iclasının ingilis dilində aparılmasını təklif edib.

GUAM-ın nizamnaməsinə əsasən rəsmi dil ingilis və rus dilidir, ümumilikdə sənədləşdirmə və çıxarış sənədləri iki dildə aparılır.  

“GUAM çərçivəsində sahə əməkdaşlığına dair, nəqliyyatçılar, gömrükçülər, turizm təşkilatları və s. səviyyəsində çoxsaylı nümunə mövcuddur, ehtimal edirəm ki, onlar üçün görüş və danışıqlar zamanı ingilis deyil, rus dilinin istifadəsi daha rahat və məhsuldar olacaq”, – RİA Novosti Məmmədyarovdan sitat gətirib.

Azərbaycan XİN rəhbəri qeyd edib ki, siyasi emosiyaların əsiri olmaq lazım deyil. O qeyd edib ki, dili ünsiyyətdə rahatlıq, diplomatiyada isə ətrafdakılara fikir və mövqeyin daha dəqiq və səlist çatdırılması üçün istifadə etmək lazımdır.

www.oxu.az