İnterpol Yanukoviçi axtarışa verməkdən imtina edib

“Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır”…

“Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır”.

İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi axtarışa verməkdən imtina edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Vitali Yaryoma bəyan edib.

“Onlar rəsmi olaraq bizim sorğularımızı cavablandırmırlar. Biz onlara materiallar göndəririk, onlar isə susurlar. Danışıqlarda isə bizə deyirlər ki, Yanukoviçin axtarışı siyasi təqib mahiyyəti daşıyır”, deyə Yaryoma bildirib. 

Qeyd edək ki, Ukrayna Baş prokurorluğu Viktor Yanukoviç və ona yaxın məmurlara qarşı 30-dan artıq cinayət işi açıb. 

www.oxu.az