Ermənistan ordusunda xidməti başa vuran əsgərlərin tərxis olunması dayandırılıb

Ehtiyata buraxılan heyəti əvəz edəcək sayda çağırışçı yoxdur…

Ehtiyata buraxılan heyəti əvəz edəcək sayda çağırışçı yoxdur.

Ermənistan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini başa vurmuş əsgərlərin demobilizasiyası (ehtiyata buraxılması) dayandırılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, əsgər yaxınlarına istinadən edən sayt yazıb ki, 2012-ci ilin noyabr-dekabr aylarında həqiqi hərbi xidmətə çağırılmış vətəndaşlar xidmət müddətini başa vursalar da, ordudan buraxılmayıblar. Müdafiə Nazirliyinin bu addımı ehtiyata buraxılan heyəti əvəz edəcək sayda çağırışçının olmaması ilə əsaslandırılır. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan isə sayta açıqlamasında xəbəri təkzib etməyə çalışıb. O, bunun çağırışçılarla bağlı olmadığını, müddətini başa vurmuş bəzi əsgərlərin orduda daha bir-iki həftə əlavə xidmət edəcəklərini deyib. A.Ovanisyanın sözlərinə görə, demobilizasiya dekabrın ortalarında başlayıb, 2015-ci il yanvar ayının ortalarına qədər davam edəcək.

www.oxu.az